60-cı gün: Rusiya Ukraynanın itkilərini yenilədi

13:13 24 Aprel 2022

Müharibənin 60-cı günü üçün Rusiya MN Ukraynanın itkiləri haqda məlumatı yeniləyib.

Sitat.info xəbər verir ki, bu barədə Rusiya MN rəsmisi general-mayor İqor Konaşenkov deyib.

“Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 141 təyyarəsi, 110 helikopteri, 551 PUA-sı, 264 zenit-raket kompleksi, 2496 tank və digər zirehli texnikası, 282 reaktiv yaylım atəş sistemi, 1093 artilleriya və minaatan, 2343 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, - o bildirib.

/Axar.az



Xəbər xətti