Hazırda rus hərbçiləri Mariupolda mülki şəxslər və hərbçilərin sığındığı “Azovstal” zavoduna fasiləsiz hücumlar edir.
Sitat.info xəbər verir ki, bunu Ukrayna Prezident Ofisinin rəhbərinin müşaviri Mixail Podolyak deyib.
“Pasxa-2022. Amma ruslar “Azovstal”a dayanmadan hücumlar edirlər. Rusiya mülki insanlar və hərbçilərin olduğu yerlərə ağır bombalar atır, artilleriya ilə atəşə tutur, hücum üçün qüvvə və texnikanı intensiv şəkildə cəmləşdirir. Hücum etməmək əmrini kim vermişdi?”, - Podolyak bildirirb.
/Axar.az