Rusiya S-500-lərin kütləvi istehsalına başladı

13:47 25 Aprel 2022

Ən müasir S-500 (“Prometey”) hava hücumundan müdafiə sistemi seriyalı istehsala buraxılıb.

Sitat.info Axar.az-a istinadən xəbər verir ki, bunu “Almaz-Antey” hava-kosmik müdafiəsi kompleksinin rəsmisi Yan Novikov deyib.

“Hazırda yerli elm və texnologiyanın ən son nailiyyətlərindən istifadə etməklə S-500 sisteminin kütləvi istehsalı başlayıb. Bu sistemin döyüş imkanları əvvəllər yaradılmış hava hücumundan müdafiə kompleksləri və sistemlərinin imkanlarını xeyli üstələyir. S-500 Rusiya hava-kosmik müdafiə sisteminin əsasına çevrilməyə qadirdir”, - Novikov bildirib.

Qeyd edək ki, S-500 yeni nəsil “yer-hava” hava hücumundan müdafiə sistemlərinə aiddir. Sistemin hədəfi məhv etmək radiusu 600 kilometr təşkil edir.



Xəbər xətti