Rusiyaya dost ölkədən böyük zərbə - Putin bunu gözləmirdi

16:15 25 Aprel 2022

Ukrayna müharibəsinə qədər Rusiya ilə yaxın münasibətdə olan Qazaxıstan rublla maliyyələşdirməni dayandıracağını açıqlayıb.

Rusiyanın “Moskovskiy Komsomolets” qəzeti “Qazaxıstan Rusiyaya xəyanət etməklə Qərbə təslim oldu” başlıqlı xəbər yayımlayıb.

Qazaxıstanın milli sərvət fondu Samruk-Kazina Rusiya banklarına qarşı sanksiyalara görə bundan sonra rublla maliyyə təmin etməyəcəyini açıqlayıb.

Müstəqil Dövlətlər Birliyi (MDB) İnstitutunun Orta Asiya və Qazaxıstan departamentinin direktoru Andrey Qrozin bu qərarın səbəbinin Qərb dövlətlərinin Qazaxıstana göstərdiyi təzyiqlər olduğunu bildirib.

Qazaxıstanın yüksək rütbəli məmurlarının öz ölkələrinə qarşı tətbiq edilən sanksiyalardan narahat olduqlarını açıqladıqlarını vurğulayan rusiyalı ekspert, Qərbin təzyiqlərinə məruz qalan Qazaxıstan elitasının Avropa və ABŞ banklarında olan sərvət və aktivləri üçün narahat olduğunu bildirib. (manset.az)



Xəbər xətti