Rusiya Müdafiə Nazirliyi Mariupoldakı Azovstal polad zavodu ətrafında atəşkəs elan etdiyini açıqlayıb.
Sfera.az bildirir ki, qurum bu addımın mülki əhalinin ərazidən çıxarılması üçün atıldığını deyib. Nazirliyin açıqlamasında qeyd olunub ki, Rusiya qoşunları aprelin 25-i Moskva vaxtı ilə saat 14:00-da döyüşləri birtərəfli qaydada dayandıracaq, qoşunlarını təhlükəsiz bölgəyə çəkəcək və mülki əhalinin çıxarılmasını təmin edəcək.
Mülkilərin seçdikləri istiqamətə aparılacağı bildirilib. Bəyanata əlavə edilib ki, Ukrayna tərəfi ağ bayraq qaldıraraq humanitar dəhlizə hazır olduğunu göstərməlidir. Nazirlikdən verilən məlumata görə, atəşkəs bəyanatı hər 30 dəqiqədən bir radiokanallar vasitəsilə Azovstalda əhaliyə çatdırılacaq.
Qeyd edək ki, Rusiya keçən həftə böyük Azovstal sənaye zonasından kənar əraziləri nəzarətə götürdüyünü açıqlamışdı. Putin yüzlərlə dinc sakinin sığındığı Azovstal polad zavodunun atəşə tutulmamasını və mühasirəyə alınmamasını əmr etmişdi.