Almaniyanın Moskvadakı səfiri Qeza Andreas fon Qayr Rusiya XİN-ə çağırılıb.
Qafqazinfo RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə məlumatı Rusiya XİN yayıb.
Nazirlikdə alman səfirə Almaniya tərəfindən aprelin 4-də Rusiya diplomatik qurumlarının 40 əməkdaşının “arzuolunmaz şəxs” elan olunması ilə bağlı narazılıq ifadə olunub.
Həmçinin səfirə Almaniyanın Rusiyadakı diplomatik qurumlarının 40 əməkdaşının “arzuolunmaz şəxs” elan olunması barədə nota təqdim olunub.