Ukraynanın daha bir şəhəri raket atəşinə tutuldu - Ölənlər və yaralananlar var

18:49 25 Aprel 2022

Rusiya hərbçilərinin Vinnitsa bölgəsini atəşə tutması nəticəsində 5 nəfər həlak olub, 18 nəfər yaralanıb.

Qafqazinfo “UNİAN”a istinadən xəbər verir ki, bu barədə Vinnitsa Regional Prokurorluğunun mətbuat xidməti məlumat yayıb. Məlumatda qeyd olunur ki, aprelin 25-də səhər saatlarında Rusiya Silahlı Qüvvələri Vinnitsa vilayətinin Jmerinka şəhəri və Kazatin şəhəri yaxınlığındakı nəqliyyat infrastrukturu obyektlərinə raket zərbələri endirib.

Hazırda ölənlərin və yaralananların dəqiq sayı müəyyənləşdirilir. Hadisə yerində müstəntiqlər, prokurorlar işləyir.



Xəbər xətti