Kadırov çeçenlərə görə 1 milyon dollar vəd etdi

09:59 26 Aprel 2022

Çeçenistandan qaçan, özlərini “Şeyx Mənsur” və “Dudayev” batalyonları adlandırıb Ukraynaya kömək edənlərin yeri barədə məlumat verənə bir milyon dollar mükafat verəcəm.

Sitat.info Axar.az-a istinadən xəbər verir ki, bunu Çeçenistan rəhbəri Ramzan Kadırov Teleqram kanalında yazıb.

“Bu “Şeyx Mənsur” və “Dudayev” adlanan batalyonun harada yerləşdiyini deyən hər kəsə bir milyon dollar vəd edirəm. Onları əldən verməməliyik, məhv etməliyik. Ya da diz çöküb xalqından, bütün müsəlmanlardan bağışlanma diləməlidirlər”, - Kadırov bildirib.



Xəbər xətti