Ukrayna ölkənin xərclərini ödəmək üçün ayda ən azı 5 milyard dollar beynəlxalq yardım istəyir.
Sitat.info Axar.az-a istinadən xəbər verir ki, bu barədə Ukrayna maliyyə naziri Sergey Marçenko deyib.
Onun sözlərinə görə, Ukrayna aprel, may və iyun aylarında fövqəladə halların xərclərini ödəmək üçün ABŞ-dan ayda 2 milyard dollar alacağını gözləyir:
“Ümumilikdə isə ölkənin ayda ən azı 5 milyard dollara ehtiyacı var. Lazımi maliyyəni cəlb etmək və bu müharibədə qalib gəlmək üçün indi bu boşluğu doldurmalıyıq”.
Nazirin sözlərinə görə, bu vəsait pensiyaların, səhiyyə və təhsil işçilərinin maaşlarının və digər humanitar ehtiyacların ödənilməsini davam etdirmək üçün lazımdır:
“Ukrayna bu xərclərin bir hissəsini ödəmək üçün daha çox pul çap edə bilərdi, lakin bu, inflyasiyanı sürətləndirər”.