Əl-Qaidə terror təşkilatının “Sahel” bölməsi Malidə Rusiyanın “Vaqner” qruplaşmasının xeyli döyüşçüsünü əsir götürüb.
Sitat.info xəbər verir ki, bu barədə Əl Qaidəyə məxsus “Əl Zəllak” qəzeti məlumat yayıb.
Məlumatda qeyd olunub ki, “Vaqner” döyüşçüləri aprelin birinci həftəsində Moura kəndində Mali ordusu ilə birgə həyata keçirdikləri əməliyyat nəticəsində çoxlu sayda dinc sakin öldürüblər.
Bununla da Əl-Qaidə ilk dəfə olaraq Malidə vaqnerçilərin olması ilə bağlı açıqlama verib.
Malidəki hərbi administrasiya isə hərbçilərin “Vaqner” qrupu ilə əməkdaşlıq etdiyinə dair iddiaları qəti şəkildə rədd edib.
/Axar.az