62-ci gün: Rusiyanın itkiləri açıqlandı

12:07 26 Aprel 2022

Ukrayna müharibənin 62-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib.

Sitat.info Axar.az-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahının sosial şəbəkə hesabında məlumat yayılıb.

Bildirilib ki, Rusiya indiyə qədər 22 100-ə yaxın hərbçi, 918 ədəd tank, 2308 ədəd zirehli döyüş maşını, 416 ədəd artilleriya sistemi, 149 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 69 hava hücumundan müdafiə sistemi, 184 ədəd hərbi təyyarə, 154 ədəd helikopter, 1643 ədəd avtomobil texnikası, 8 ədəd gəmi/kater, 76 ədəd yanacaq sisterni, 205 ədəd PUA, 31 ədəd xüsusi texnika və 4 operativ-taktiki raket kompleksi itirib.



Xəbər xətti