ABŞ: Kabayeva da sanksiyaya məruz qala bilər

12:15 26 Aprel 2022

Biz sanksiyaları nəzərdən keçirməyə davam edirik. Heç kim sanksiyalarımızdan sığortalanmayıb.

Sitat.info xəbər verir ki, bunu Ağ Evin sözçüsü Cen Psaki Rusiya Prezidentinin qeyri-rəsmi xanımı sayılan Alina Kabayevaya qarşı sanksiyaların tətbiqi ehtimalını şərh edərkən deyib.

“Əlbəttə, biz artıq Prezident Putinə, həmçinin onun qızlarına və ən yaxın adamlarına sanksiyalar tətbiq etmişik və sanksiyaları nəzərdən keçirməyə davam edəcəyik”, - o bildirib.

Qeyd edək ki, “Voll Strit Jurnal” qəzeti bu yaxınlarda ABŞ-ın Kabayevaya qarşı sanksiya tətbiqini dayandırdığını yazmışdı. Səbəb isə bunun Putinə şəxsi zərbə kimi qiymətləndirilə biləcəyi və Putinin bunun qisasını almaq üçün aqressiya arealını genişləndirəcəyi ehtimalı qeyd olunurdu.

 

\Axar.az



Xəbər xətti