Almaniya federal hökuməti Ukraynaya “Hepard” zenit qurğularının göndərilməsinə icazə verməyə hazırlaşır.
Sitat.info xəbər verir ki, bu barədə “Spigel” məlumat yayıb.
“Müdafiə naziri Kristian Lambrext Ramşteyn bazasında Ukrayna ilə bağlı keçiriləcək konfransda Almaniyanın bu ölkəyə “Hepard” zenit raket sistemlərinin göndərilməsinə icazə vermək istədiyini elan edəcək. Bu, Almaniyanın “Leopard” tankının bazasında yığılmış zenit raket qurğusudur”, - məlumatda qeyd olunub.
Bundan başqa, Lambrext ukraynalı hərbçilərə Niderlandın göndərmək istədiyi “Panzerhaubitze 2000” özüyeriyən artilleriya qurğusunu idarə etməyi öyrədəcəklərini də bəyan edəcək.
/Axar.az