Putin Donbasda döyüşən deputatı təltif etdi

15:01 26 Aprel 2022

Rusiya Prezidenti Vladimir Putin Dövlət Dumasının deputatı Adam Delimxanova “Rusiya Qəhrəmanı” adı verib.

“Qafqazinfo” “TASS”a istinadən xəbər verir ki, Putin bununla bağlı sərəncam imzalayıb.

Bildirilir ki, Adam Delimxanov “Donetsk Xalq Respublikası”, “Luqansk Xalq Respublikası” və Ukrayna ərazisində hərbi əməliyyatlarda nümayiş etdirdiyi igidliyə görə “Rusiya Federasiyası qəhrəmanı” adına layiq görülüb.

Qeyd edək ki, Delimxanov Dövlət Dumasının Çeçenistandan olan deputatıdır. O, Dumanın Təhlükəsizlik və korrupsiyaya qarşı mübarizə komitəsinin üzvüdür. Deputat Rusiyanın Ukraynada həyata keçirdiyi əməliyyat başlayandan etibarən Çeçenistandan olan rusiyalı qvardiyaçılar ilə Donbasda olub.



Xəbər xətti