Türkiyənin milli müdafiə naziri Hulusi Akar Ukrayna ilə bağlı görüşə qatılmaq üçün Almaniyaya səfər edib.
Sitat.info Qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə məlumatı Türkiyənin Milli Müdafiə Nazirliyi yayıb.
Məlumata görə, Akar toplantıdan əvvəl Ukraynanın müdafiə naziri Aleksey Reznikov, eləcə də, yunan və tunisli həmkarları ilə danışıqlar aparıb.
Qeyd edək ki, iclasda 30-a yaxın ölkənin müdafiə naziri iştirak edir.