Dnestryanı şəhərlərində blokpostlar yaradılır.
Sitat.info Axar.az-a istinadən xəbər verir ki, bu barədə qondarma qurumdan məlumat verilib.
Məlumata görə, şəhərlərə girib-çıxan hər kəs yoxlanılacaq.
Qondarma qurumdakı bütün güc strukturları gücləndirilmiş iş rejiminə keçib.
Bundan başqa, Dnestryanıdakı təhsil müəssisələri dərs ilinin sonuna kimi distant tədris sisteminə keçməyə məcbur olub. Mayın 9-da Qələbə Gününə həsr olunmuş hərbi parad da ləğv olunub.
Qeyd edək ki, ötən gündən Dnestryanıda ardıcıl partlayışlar baş verib.