Ümid edirik ki, Dnestryanı Rusiya və Ukrayna arasında münaqişəyə cəlb edilməyəcək və Kremlin vəziyyətin həllinə müdaxiləsinə ehtiyac qalmayacaq.
Sitat.info Axar.az-a istinadən xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko deyib.
“Gəlin araşdırmanın sonunu gözləyək. Biz belə bir ssenaridən qaçmaq istəyərdik”, - Rudenko bildirib.