Çinin hərbi gəmisi Yaponiya ərazisinə girdi

09:54 27 Aprel 2022

Yaponiyanın Kaqoşima əyaləti yaxınlığında Çin hərbi gəmisi ölkənin ərazi sularına daxil olub.

Sitat.info Axar.az-a istinadən xəbər verir ki, bu barədə Yaponiya Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, Yaponiya ərazi sularına daxil olan gəmi Yakuşima adasının cənubuna doğru hərəkət edərək 3 saata yaxın ərazidə qalıb.

Gəmi Yaponiya Dəniz Özünümüdafiə Qüvvələrinin və Yaponiya Sahil Mühafizəsinin nəzarəti altında Kaqoşima bölgəsini tərk edib.

Nazirlik Pekin hökumətinə diplomatik etiraz edildiyini bildirib.



Xəbər xətti