ABŞ Müdafiə Nazirliyi Almaniyanın Ştutqart şəhərində Ukraynaya hərbi yardımın tədarükü və çatdırılmasını optimallaşdırmaq üçün ABŞ-ın Avropa Komandanlığının məsuliyyətində nəzarət mərkəzi yaradıb.
Sitat.info Axar.az-a istinadən xəbər verir ki, bu barədə CNN-ə ABŞ Müdafiə Nazirliyinin yüksək rütbəli rəsmisi deyib.
“Mərkəz ABŞ-ın Avropa Komandanlığının Ştutqartdakı qərargahında yerləşir və ikiulduzlu Amerika hərbi generalı tərəfindən idarə olunur. Nəzarət mərkəzində ABŞ ilə yanaşı, 15 başqa ölkədən də işçilər çalışacaq. Bu komanda mərkəzi Almaniyada Ramşteyn aviabazasında görüşən və Ukraynaya yardım göstərən 40-dan çox tərəfdaş və müttəfiq ölkənin şəbəkəsini idarə edəcək”, - rəsmi bildirib