Rusiya və Belarus vətəndaşları casusluq ittihamı ilə saxlanılıb.
Sitat.info Axar.az-a istinadən xəbər verir ki, bu barədə Polşa Prokurorluğu məlumat yayıb.
“Belostokda bir rus və bir belarus xarici kəşfiyyata casusluq etməkdə şübhəli bilinərək saxlanılıb. Hərbi Əks-Kəşfiyyat Xidmətinin məlumatına görə, casuslar hərbi hissələr, şəxsi heyətin vəziyyəti, həmçinin müttəfiq qüvvələrin bölmələri haqqında məlumat toplayıblar. Onların hər ikisi uzun illərdir Polşada yaşayırmış. Onlar Rusiya kəşfiyyatının maraqları naminə casusluq fəaliyyəti həyata keçiriblər”, - məlumatda deyilir.