Rusiyanın Belqorod vilayətində təxribat törətmək istəyənlər ələ keçiblər.
Sitat.info Axar.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya Federal Təhlükəsizlik Xidməti məlumat yayıb.
“FTX Belqorodda nəqliyyat infrastrukturlarının birində təxribat törətmək istəyən Ukrayna millətçiliyinin tərəfdarı olan iki rusiyalını saxlayıb. Məlum olub ki, həmin şəxslər xüsusi hərbi əməliyyatda iştirak edən rusiyalı hərbçilər haqqındakı məlumatları “Mirotvoreç” saytına göndəriblər”, - məlumatda bildirilib.
Qeyd edək ki, “Mirotvoreç” saytına Ukrayna ərazisindəki qondarma respublikalara yardım edənlərin, qondarma respublikanın döyüşçülərinin, vətən xainlərinin, eləcə də Krıma qanunsuz səfər edənlərin adları yüklənilir.