Rusiya qoşunları Donbasdakı hücumdan sonra gücünü qoruya bilsə, iyun-iyul aylarında hərbi əməliyyatların yeni mərhələsinə başlaya bilər.
Sitat.info Axar.az-a istinadən xəbər verir ki, bunu Ali Radanın Milli Təhlükəsizlik, Müdafiə və Kəşfiyyat Komitəsinin nümayəndəsi Sergey Raxmanin deyib.
Raxmanin bildirib ki, may ayında ruslar Donetsk və Luqansk vilayətlərinin inzibati sərhədlərinə çıxmağa çalışacaqlar:
“Ümid edirəm ki, Ukrayna Silahlı Qüvvələri onlara bunu etməyə imkan verməyəcək. Bundan sonra onlar cənubda fəallaşmağı, Xerson vilayətinin sərhədinə getməyi, qondarma “xerson xalq respublikası”nı elan etməyi planlaşdırırlar. Rusların Dnestryanıya çıxmaq üçün Zaporojye, Odessa və Nikolayevə doğru hərəkət etmək planları da var”.