Akardan minalarla bağlı açıqlama

12:38 27 Aprel 2022

Qara dənizdə məhv edilən minalarla bağlı müxtəlif rəqəmlər irəli sürülüb. Bunlara ehtiyatla yanaşmaq lazımdır. İndiyədək üç mina təhlükəsiz şəkildə məhv edilib.

Sitat.info Axar.az-a istinadən xəbər verir ki, bu sözləri Türkiyə milli müdafiə naziri Hulusi Akar deyib.

“Biz indi körfəzləri yaxından izləyirik. Giriş-çıxışa nəzarət etmək və heç bir sürprizlə qarşılaşmamaq üçün əlavə tədbirlər gördük, aşkarlanması üçün radarlar quraşdırdıq. Hazırda rahatlıqla deyə bilərik ki, İstanbul körfəzində dəniz nəqliyyatı ilə bağlı heç bir problem yoxdur”, - Akar bildirib.



Xəbər xətti