Bu gün Avropa Komissiyası Ukraynanın AB-yə ixrac etdiyi bütün mallara idxal rüsumlarının bir il müddətinə dayandırılmasını təklif edib.
Sitat.info Axar.az-a istinadən xəbər verir ki, bu barədə Avropa Komissiyası məlumat yayıb.
“Bu, genişmiqyaslı addım Ukraynanın AB-yə ixracını artırmağa kömək məqsədi daşıyır. Çalışıb Rusiyanın hərbi müdaxiləsi qarşısında Ukrayna istehsalçı və ixracatçılarını çətin vəziyyətini yüngülləşdirəcəyik”, - məlumatda deyilir.
Qeyd edək ki, Britaniya da Ukrayna mallarına idxal rüsumunu ləğv edib.