Donetsk vilayətində əsir düşmək istəyən ukraynalı hərbçilər edam ediliblər.
Sitat.info Axar.az-a istinadən xəbər verir ki, bunu ABŞ-ın beynəlxalq ədalət məsələləri üzrə xüsusi nümayəndəsi Bet Van Şak BMT-nin iclasında çıxışı zamanı deyib.
“Bizdə məlumatlar var ki, Donetsk vilayətində ruslar əsir düşmək istəyən ukraynalı hərbçiləri edam ediblər. Əgər doğrudursa, bu, müharibə qanununun əsas prinsipinin pozulması deməkdir”, - xüsusi nümayəndə bildirib.