Qara dənizin əməliyyat zonasında Rusiyanın 20 gəmisi və sualtı qayığı var.
Sitat.info Axar.az-a istinadən xəbər verir ki, bu haqda Britaniya kəşfiyyatı informasiya yayıb.
Kəşfiyyat xidmətinin məlumatına görə, İstanbul boğazının bağlı olmasına və Rusiyanın “Moskva” ilə “Saratov” gəmilərini əvəz edə bilməməsinə baxmayaraq, Qara dəniz donanması Ukraynaya zərbə endirmək imkanını özündə saxlayır.