Ukrayna İlan adasının intiqamını belə aldı - FOTO

13:18 28 Aprel 2022

Rusiya-Ukrayna müharibəsinin ilk günündən bəri simvolik əhəmiyyət kəsb edən "İlan adası” ilə bağlı vəziyyət gərginləşib.

Sitat.info Sfera.az-a istinadən bildirir ki, Ukrayna adaya hücum edib. Bununla bağlı Ukrayna ordusu əməliyyat zamanı Rusiya komanda mərkəzinin və zenit-raket kompleksinin məhv edildiyini qeyd edib. 

Adadakı raket hücumunda nə qədər rus əsgərinin öldüyü barədə rəsmi açıqlama verilməyib. Bu hadisə Ukrayna mətbuatı tərəfindən "İlan adasının qisası alındı” kimi şərh edilib.

Xatırladaq ki, Ukrayna ötən həftələrdə "İlan adası”nı mühasirəyə alan Moskva döyüş gəmisinə raketlə hücum edib və gəmi Qara dənizin soyuq sularına batıb. Həmçinin savaşın ilk günlərində "İlan adası”nı əhatə edən rus əsgərləri adadakı 13 Ukrayna əsgərinə "təslim olun” çağırışı edib və onlar bu təklifi rədd ediblər. Rusiyanın əsgərlərə xəbərdarlığı və ukraynalı mühafizəçilərin cavablarının səs yazısı sosial şəbəkələrdə yayılıb, Ukrayna əsgərlərinin Rusiyanın "təslim olun” çağırışına "rədd olun” deyərək qarşılıq verdiyi eşidilib.

"İlan adası”ndakı vəziyyətlə bağlı prezident Zelenski isə, bu ifadələrdən istifadə edib: 

"Oradakı əsgərlərin bəziləri ölüb, bəziləri əsir düşüb. Rusiya bəzi məhbusların dəyişdirilməsini təklif edib. Biz onları tərəddüd etmədən əvəz etdik. Ölənlər qəhrəman oldu, sağ qalanlar mübadilə üçün istifadə edildi”.



Xəbər xətti