Almaniya parlamenti Ukraynaya ağır silahların verilməsinə səs verib.
Sitat.info Axar.az-a istinadən xəbər verir ki, bu barədə “Die Zeit” nəşri məlumat yayıb.
“Bundestaq Ukraynaya ağır silahların verilməsilə bağlı qərar qəbul edib. 586 deputat qanun layihəsinin lehinə, 100 deputat isə əleyhinə səs verib, 7 deputat bitərəf qalıb”, - məlumatda bildirilib.
Qərar 70 dəqiqəlik debatdan sonra qəbul olunub.