Türkiyənin rus təyyarələrinə qadağa qoyması... - Zaxarova

15:55 28 Aprel 2022

Moskva Ankaranın Türkiyə hava məkanını Suriyaya uçan Rusiya təyyarələri üçün bağlamaq qərarını anlayışla qarşılayıb.

Sitat.info Axar.az-a istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova brifinqdə söyləyib.

“Demək istərdim ki, əslində, bir aydan çoxdur ki, Ankara bu marşrutdan istifadə etməmək xahişi ilə Rusiya tərəfinə müraciət edib. Bu müraciətlərin səbəbləri bizə aydın idi və hazırda Rusiya tərəfindən bu marşrutdan istifadə edilmir. Amma hadisə bu günlərdə baş verməyib, bu məsələ təxminən 1 aydır var”, - sözçü vurğulayıb.

Xatırladaq ki, aprelin 23-də Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu rəsmi Ankaranın Türkiyə hava məkanını Suriyaya uçan Rusiyanın mülki və hərbi təyyarələri üçün bağladığını açıqlayıb.



Xəbər xətti