Ukraynadakı rus işğalçıları hələ müharibənin ilk ayı tamam olmamış Kiyev yaxınlığından geri çəkilməli oldular. Müharibə Donbasın şərqinə və cənub cəbhəsinə keçdi. 15 min əsgərini itirən Rusiya Ukraynadakı hədəflərə uzaqmənzilli raketlər atdı, bunun qarşılığında Rusiya şəhərlərində də partlayışlar oldu. Həftənin əvvəlində Ukrayna sərhədinə yaxın olan Bryansk şəhəri gecə yarısı partlayışlarla sarsılmışdı. Şəhərdən gələn məlumatlarda neft anbarının vurulduğu deyilirdi. Lakin tezliklə rəsmi mətbuatda Rusiya bazasının yerləşdiyi ərazidə partlayışların olduğu təsdiqlənib.
SİTAT.İNFO xarici mediaya istinadən xəbər verir ki, Ukraynanın işğalında logistik baza rolunu oynamış “Transneft Bryansk-Drujba” yanacaq anbarında baş verən yanğın Bryansk şəhərinin hər nöqtəsindən görünürdü. Səmanın qırmızı olduğu şəhərdə alov iki gündür ki, söndürülə bilməyib.
Anbarların Ukrayna tərəfindən atılan raketlərlə vurulduğu bildirilib, Moskva isə partlayışları aprelin 1-dən bəri Kiyev administrasiyasının ikinci sərhədyanı hücumu kimi ittiham edib.
Bryanskdan iki gün sonra arxa-arxaya partlayışlar oldu, bu dəfə də Ukrayna sərhədində yerləşən Belqorodda. Yerli rəsmilər sərhəddən təxminən 40 kilometr aralıda Belqorodda Rusiya ordusunun arsenalının partladıldığını bildiriblər.
Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov sosial media hesabında gecə yarısı 03:55-də oyandığını və dərhal sonra daha üç partlayış səsi eşitdiyini yazıb.
Təhlükəsizlik kamerası görüntülərində sursat vurulmazdan əvvəl səmada işığın hərəkət etdiyi əks olunub. Hərbi ekspertlər zenit raketinin arsenala düşə biləcəyini bildiriblər.
Rusiya-Ukrayna sərhədindəki başqa bir bölgə olan Kurskda gecə yarısı saat 02:45-də Rusiya hava hücumundan müdafiə sistemləri atəşə tutulub, rəsmilər Voronej şəhərində Ukraynaya məxsus pilotsuz təyyarənin hədəf alındığını bildirib.
Rusiya Ukraynanı bu hücumlara Böyük Britaniyanın təşviq etdiyini düşünür.
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Ukraynaya silah verən NATO ölkələrinə qarşı hücumlara icazə verə biləcəklərini açıqlayıb və təhih edib: “Siz başa düşürsünüz ki, Rusiya Kiyev rejiminə silah göndərən NATO üzvlərinin ərazisindəki hərbi hədəfləri vura bilər, elə deyilmi?"
Zaxarova İngiltərəni hədəfə alaraq, Rusiyanın səbrinin sınanmamağı nı dayandırmasını tələb edərək, Britaniya naziri Heappinin Kiyev administrasiyasını NATO silahlarından səmərəli istifadə etməyə çağırdığını iddia edib.
Səid İsaoğlu,
SİTAT.İNFO