Rusiyanın Perm şəhər Dumasının deputatları azərbaycanlı iş adamına məxsus kafenin bağlanmasıyla bağlı yerli prokurorluğa müraciət ediblər.
Gundem.az-ın məlumatına görə, onlar şəhərin Sviavkov küçəsi, 1 ünvanında yerləşən “Oqni Baku” kafesində hər gün qələbəlik yaşandığı, səs-küyə səbəb olduğunu əsas gətiriblər.
Məlumata görə, bağlanan obyekt azərbaycanlı iş adamı Musa Qəmbərova məxsusdur və onun həmin kafedən başqa bir neçə mağazası da var.
Həmyerlilərimizin obyektlərinə qarşı ilk hücumu isə deputat Oleq Postnikov başlayıb. O, azərbaycanlılarrın əksər ticarət obyektlərinə nəzarət etməsindən şikayətlənib və bununla bağlı önləyici tədbirlərin görülməsini zəruri saydığını bildirib.
Hazırda şəhər prokurorluğu şikayəti araşdırır.