65-ci gün: Rusiya Ukraynanın itkilərini yenilədi

13:00 29 Aprel 2022

Müharibənin 65-ci günü üçün Rusiya MN Ukraynanın itkiləri haqda məlumatı yeniləyib.

Sitat.info xəbər verir ki, bu barədə Rusiya MN rəsmisi general-mayor İqor Konaşenkov deyib.

“Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 142 təyyarəsi, 111 helikopteri, 634 PUA-sı, 278 zenit-raket kompleksi, 2638 tank və digər zirehli texnikası, 304 reaktiv yaylım atəş sistemi, 1175 artilleriya və minaatanı, 2467 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, - o bildirib.

/Axar.az



Xəbər xətti