Kiyevin müdafiəsi üçün yeni plan hazırlandı

13:23 29 Aprel 2022

Ukrayna hərbi rəhbərliyi Kiyevin müdafiəsi üçün yeni plan hazırlayıb.

Sitat.info Axar.az-a istinadən xəbər verir ki, bu barədə Kiyev hərbi administrasiyasının qərargah rəisi Sergey Korniyçuk deyib.

“Paytaxtda vəziyyət yenidən canlanıb, maşınlar çoxalıb. Dünən Kiyevə raket zərbələri endirilməsi onu təsdiq edir ki, müharibə şəraitində raket zərbələri təhlükəsi qalır”, - o bildirib.

Korniyçuk qeyd edib ki, sakinlərə paytaxta qayıtmaq tövsiyə olunmur:

“Düşmən paytaxtı ələ keçirmək məqsədindən daşınmayıb. Ona görə də hərbi rəhbərlik paytaxtın müdafiəsi üçün yeni plan hazırlayıb. Hazırlıqlar aparılır, Kiyevin kənarında rayonların sərhədləri və mövqeləri möhkəmləndirilir”.



Xəbər xətti