Mariupolda əks-hücum əməliyyatı aparılır

15:38 29 Aprel 2022

Ukrayna hərbçiləri Mariupolda əks-hücum əməliyyatı aparır.

Sitat.info Axar.az-a istinadən xəbər verir ki, bunu Mariupol meri Vadim Boyçenko deyib.

“Şəhər Ukraynanın olaraq qalır. Qəhrəman oğlanlarımız əks-hücum əməliyyatı aparırlar, çox ağırdır, amma edirlər. Düşmən öz qüvvə və texnikasının itkisini bilir. Bu gün ən yaxşı ordu dövlətimizi müdafiə edir, onlar Mariupol şəhərində düşmənin qabağını saxladılar və bu, digər şəhərlərin dağıdıcı müharibəyə daha çox hazırlaşmasına imkan verdi”, - o qeyd edib.



Xəbər xətti