Polşa Ukraynaya 200 tank verdi

16:52 29 Aprel 2022

Polşa Ukraynaya 200-dən çox T-72 tankı və onlarla piyada döyüş maşını verib.

Sitat.info Axar.az-a istinadən xəbər verir ki, bunu Polşa müdafiə nazirinin müavini Voytsex Skurkeviç “Polşa” radiosuna müsahibəsində deyib.

Radionun məlumatına görə, Polşada 400-ə yaxın T-72 tankı var. Onlardan bəziləri 2019-cu ildə, əsasən, bu texnikanın atəş gücü baxımından modernləşdirilib.

Bundan əlavə, Varşava artıq Ukraynanı 2S1 “Qvozdika” özüyeriyən haubitsaları, “Qrad” reaktiv yaylım atəş sistemləri, MiQ-29 və Su-27 təyyarələri üçün “hava-hava” raketləri ilə təmin edib.



Xəbər xətti