Rusiya Müdafiə Nazirliyinin Belqorodda yerləşən obyektlərinin birində yanğın baş verib.
Sitat.info Axar.az-a istinadən xəbər verir ki, bu barədə Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov məlumat yayıb.
“Müdafiə Nazirliyinin obyektlərinin birinin ərazisində yanğın baş verib. Xəsarət alanlar və dağıntılar barədə məlumatlar dəqiqləşdirilir. Bütün operativ xidmət orqanları hadisə yerində işləyirlər”, - Qladkov bildirib.