Rusiya ərazisindəki partlayışları Kreml törədir - Səbəb

10:31 2 May 2022

Belqorod, Bryansk və digər şəhərlərdə terror aktlarının - təxribatların daha çox olacağı istisna edilmir. Bütün bunlar ümumi səfərbərliyə hazırlıq məqsədilə edilir.

Sitat.info Axar.az - a istinadən xəbər verir ki, bunu 2005-2010-cu illərdə Ukrayna Xarici Kəşfiyyat Xidmətinin rəhbəri vəzifəsini icra etmiş ordu generalı Nikolay Malomuj deyib.

Onun sözlərinə görə, Rusiya məhz bu məqsədlə öz şəhərlərində təxribatlar və terror aktları təşkil edir, məsuliyyəti Ukrayna Silahlı Qüvvələrinin üzərinə qoyur.

O qeyd edib ki, rusların ümumi səfərbərliyə hazırlığının belə nümunələri Sankt-Peterburqda yaşayış binasında və Tiraspolda baş verən partlayışlardır:

“Rusiya daha qlobal qarşıdurmaya səbəb olmaq, səfərbərlik və hətta müharibə elan etmək üçün bir sıra ssenarilər hazırlayır. Hücumlardan indi Rusiya cəmiyyətinə Ukraynanın Rusiya və Dnestryanı ərazilərində terror fəaliyyətlərinə başladığını göstərmək üçün istifadə olunur. Onlar cəmiyyəti total səfərbərliyə, müharibəyə hazırlamalı və öz hücum əməliyyatlarına haqq qazandırmalıdırlar".



Xəbər xətti