Rusiyaya qarşı sanksiyaların ləğvi yalnız rus qoşunlarının Ukrayna ərazisindən çıxarılacağı təqdirdə mümkündür.
Sitat.info Axar.az-a istinadən xəbər verir ki, bunu Almaniya xarici işlər naziri Annalena Berbok deyib.
"Rusiyanın diktə etdiyi sülh şərtləri nə Ukraynaya, nə bizə, nə də Avropaya arzuolunan təhlükəsizlik gətirəcək. Ən pis halda bu bizim sərhədlərimizə yaxın növbəti müharibəyə gətirib çıxaracaq", - Berbok bildirib.