Macarıstan Ukraynaya hücum hazırlığından xəbərdar idi.
Sitat.info Axar.az-a istinadən xəbər verir ki, bunu Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov deyib.
“Macarıstan Rusiya Federasiyası ilə əməkdaşlıq etdiyini açıq şəkildə bəyan edir. Üstəlik, ölkəmizə hücumların olacağı barədə Putin tərəfindən əvvəlcədən xəbərdar edilib. Onun mövqeyini gördünüz”, - Danilov vurğulayıb.
Onun sözlərinə görə, Macarıstanın Ukrayna ərazisinin bir hissəsi ilə bağlı planları var idi:
“Nədənsə o, ona məxsus olduğunu saydığı ərazinin bir hissəsini ala biləcəyinə inanırdı. Bu, heç vaxt baş verməyəcək. Yaxşı, görəcəyik ki, bu müharibədən sonra bu ölkə üçün hansı nəticələr olacaq”.