İrəvanda müxalifətin etiraz aksiyaları yenidən başlayıb.
Axar.az erməni mediasına istinadən xəbər verir ki, polis yolu bağlamağa çalışan etirazçılara güc tətbiq edir.
Etirazçılar “Türksüz Ermənistan”, “Nikolsuz Ermənistan”, “Satqın, get” şüarları səsləndirirlər.
Komitas prospektində xüsusi təyinatlılar itaətsizlik aksiyası iştirakçılarına yolu təmizləmək üçün 5 dəqiqə vaxt veriblər.
Şəhərin digər yerlərində də aksiyalar davam edir. Baqramyan prospekti, Xancyan küçəsi bağlanıb.
Baqramyan prospektində polis güc tətbiq edərək yolun hərəkət hissəsini boşaltmağa başlayıb.