Ukraynaya dəstək üçün növbəti həmlə - Qərb hərəkətə keçdi

15:57 8 İyun 2022

ABŞ Ukraynanı gəmi əleyhinə raketlərlə təmin etmək üçün beynəlxalq tərəfdaşlarla işləyir.

Bu barədə Qərb mediası yazır.

Bildirilir ki, Ağ Evin nümayəndəsi silaha olan tələbatı ödəmək üçün Kiyevlə daimi əlaqə saxlayır.

“Biz Ukraynanı dəstəkləyirik və onun sahil müdafiəsini yaxşılaşdırmağa kömək etmək üçün çalışırıq. Bu səylərin bir hissəsi kimi biz Ukraynanı pilotsuz sahil müdafiə gəmiləri ilə təmin edirik. Müttəfiqlərimiz, tərəfdaşlarımızla Ukraynaya gəmi əleyhinə raketlər və sistemlər göndərmək üçün işləyirik”, - Ağ-Ev rəsmisi bildirib.

Bundan əvvəl Britaniya Ukraynaya yüksək texnologiyalı “Brimstone” raketlərinin partiyasını tədarük edəcəyinə söz vermişdi. Bu silahlar Ukrayna ordusuna ölkə limanlarını blokdan çıxarmaqda kömək edəcək.

Bundan əvvəl Böyük Britaniyanın müdafiə naziri Ben Uolles bildirib ki, ölkə Ukraynaya M270 reaktiv yaylım atəşi sistemlərini təhvil verəcək./Teleqraf.com

 

 



Xəbər xətti