Ukrayna qoşunları bu şəhərdən geri çəkilir - Qayday

16:25 8 İyun 2022

Rusiya və Ukrayna orduları arasında günlərdir şiddətli döyüşlərin getdiyi Severodonetsk şəhərində işğalçı qoşunlar nəzarəti ələ keçirmək üzrədir.

SİTAT.İNFO xəbər verir ki, Donbasın Luqansk vilayətinin qubernatoru Sergey Qayday bu səhər Ukrayna qoşunlarının geri çəkilə biləcəyini bildirib.

Ukrayna  televiziyasına danışan qubernator Qayday, qoşunların geri çəkilməsinin 24 saatdır bombalanan şəhərin tərk edildiyi anlamına gəlmədiyini və daha güclü mövqelərə yerləşdiriləcəklərini bildirib.

Rus işğalçıları Luqansk vilayətində tuta bilmədikləri sənaye şəhərini günlərdir atəşə tutur. İyunun əvvəlində Severodonetskin 70 faizinə nəzarət edən ruslar daha sonra Ukrayna ordusunun əks hücumu ilə üzləşib.

Luqansk qubernatoru Qaydayın verdiyi məlumata görə, çərşənbə günü şiddətli qarşıdurmalarla başlayan Severodonetskdə Rusiyanın böyük bir hücumu gözlənilir. Rusların hazırkı məqsədi şəhərin düz yanında yerləşən Siverskii Donets çayını keçərək hücumları gücləndirməkdir.

Severodonetsk və Lisiçansk qardaş şəhərləri Siverski Donets çayı ayırır. Ukrayna günlərlə Luqanskda nəzarət etdiyi sonuncu bölgə olan Severodonetski müdafiə etməyə çalışır.

Banu,

SİTAT.İNFO



Xəbər xətti