Ukrayna İsraildən “Dəmir günbəz” hava hücumundan müdafiə sistemi və tank əleyhinə raketlər istəyir.
SİTAT.İNFO xəbər verir ki, Ukraynanın Təl-Əvivdəki səfiri Yevgen Korniyçuk İsraildən şifahi dəstəyi həyata keçirməyi və "Dəmir günbəz" sistemini Kiyev administrasiyasına satmağı tələb edib.
Ukrayna əvvəlki həftələrdə İsraili müdafiə sistemlərinin satışını əngəlləməkdə ittiham etmişdi. Səfir Korniyçuk mətbuat konfransında ittihamları səsləndirməyib və ABŞ-ın "Dəmir günbəz"in satışını təsdiqləyəcəyini bildirib. ABŞ-ın dəstəklədiyi “Dəmir günbəz” layihəsi qısa mənzilli raketlərin tutulması və məhv edilməsi ilə tanınır.