Staxanovda xəstəxananın Ukraynadan atəşə tutulması nəticəsində dağıdılması barədə məlumat yayılıb.
SİTAT.İNFO TASS agentliyinə istinadən xəbər verir ki, Luqansk Xalq Respublikasının Staxanov şəhərinin mərkəzi şəhər xəstəxanası Ukrayna tərəfdən atəşə tutulub.
Bunu “Rossiya-24” telekanalının efirində şəhər administrasiyasının rəhbəri Sergey Jevlakov deyib.
"Popasnadan qaçqınlarımızın qaldığı mərkəzi şəhər xəstəxanası, pedaqoji texnikum, tibb texnikumu, kollec yataqxanası kimi sosial müəssisələr zərər çəkib, stadion tamamilə dağılıb. Çoxlu fərdi evlərə ziyan dəyib".
Nigar Abuzər,
SİTAT.İNFO