Rusiya qüvvələri Zmeyni adasında tam möhkəmlənə bilməyəcək. İndi orada müvəqqəti yerləşənləri intihara meyilli hesab etmək olar.
Sitat.info xəbər verir ki, bu sözləri hərbi ekspert Aleksandr Kovalenko deyib.
“Ümumiyyətlə, adada möhkəmlənmə, prinsipcə, mümkün deyil. Çünki adadır və atəşə tutulur. Məsələ orasındadır ki, adanı atəşə tutmaq üçün hansı silahdan istifadə ediləcək. Orada yerləşən kontingent çox əlverişsiz taktiki və strateji situasiyadadır. Ona görə də ruslar orada intihara meyilli kimidir. Rusiya üçün ada çox vacibdir. Ona görə ki, Rusiya regionda gəmiçiliyə və hava nəqliyyatına nəzarət etmək istəyir”, - deyə ekspert bildirib.
/Axar.az