KİV: Fransa Ukraynaya əlavə silahlar verə bilər

08:20 10 İyun 2022

Fransa Ukraynaya yaxın həftələrdə əlavə “Caesar” özüyeriyən haubitsaları verə bilər.

Sitat.info-nun xəbərinə görə, bu barədə “Europe 1” kanalı məlumat yayıb.

Kanal bildirir ki, Emmanuel Makron daha 6 haubitsanın Ukraynaya verilməsini elan edə bilər. Bu silahlardan hazırda Fransa ordusunda 64 ədəddir. Veriləcək silahlar ordunun anbarından götürüləcək.

 



Xəbər xətti