ABŞ-ın güclü F-22 qırıcılarının Ukraynaya təhvil verilməsi Rusiya ilə müharibənin gedişatını havada dəyişməyə imkan verəcək.
Sitat.info xəbər verir ki, bunu ukraynalı hərbi ekspert Petr Çernik deyib.
“Ən müasir F-22-lər yalnız Amerika istifadəsi üçün qorunur, lakin hətta onlardan ikisi müharibənin gedişatını bizim xeyrimizə dəyişə bilər”, - ekspert vurğulayıb.
O bildirib ki, F-35 təyyarəsinin növbəti modeli F-22-nin yüngülçəkili klonudur.
Çernik bu modellərin Ukraynaya veriləcəyinə şübhə ilə yanaşıb. O qeyd edib ki, F-16 və ya hətta F-15 təyyarələri Ukrayna üçün olduqca məqbul və zəruri olacaq.
/Axar.az