Boliviyanın eks-prezidenti 10 il azadlıqdan məhrum edilib

09:33 11 İyun 2022

Boliviyanın eks-prezidenti Janin Anyes 10 il müddətinə azadlıqdan məhrum edilib.

Apa El Deber qəzetinə istinadən xəbər verir ki, o 2019-cu ildə dövlət çevrilişinə cəhdlə bağlı cinayət işi çərçivəsində məhkum olunub.

Prokurorluq 2019-cu ildə Konstitusiyaya zidd qanunlar verdiyi və səlahiyyətlərini aşdığı üçün ona 15 il həbs cəzası verilməsini tələb etsə də, məhkəmə cəzanı yüngülləşdirib.

 



Xəbər xətti