ABŞ Rusiya və onun müttəfiqlərinə qarşı kiber hücumlar həyata keçirir.
Sitat.info xəbər verir ki, bunu Rusiya Prezidentinin informasiya təhlükəsizliyi üzrə xüsusi nümayəndəsi Andrey Krutski ölkə mətbuatına açıqlamasında deyib.
“Qərb tərəfindən informasiya məkanının hərbiləşdirilməsi və onu dövlətlərarası münaqişə meydanına çevirmək cəhdləri gözlənilməz nəticələrlə birbaşa hərbi münaqişə təhlükəsini xeyli artırdı. Hər iki ölkə arasında davam edən kiber hücumlar bir müddət sonra real müharibəyə çevrilə bilər”, - Krutski bildirib.
/Axar.az