Şimali Koreyada bir ilk yaşanıb.
Sitat.info xarici KİV-ə istinadla xəbər verir ki, yüksək səviyyəli diplomat və Şimali Koreya lideri Kim Çen Inın yaxın adamı olan Ço Son Hui ölkənin ilk qadın xarici işlər naziri olub.
Kim Çen Inın sədrliyi ilə Koreya Fəhlə Partiyası Mərkəzi Komitəsinin genişləndirilmiş ümumi yığıncağında edilən təyinatın Pxenyanın yeni nüvə sınağı keçirəcəyi gözlənilən vaxta təsadüf etməsi diqqət çəkib.
Qeyd edək ki, Hui uzun müddətdir Şimali Koreyanın nüvə silahı proqramında və ABŞ-la danışıqlarda iştirak edib.
/Ölkə.az